Кeyfiyyətli mühərrik yağını necə seçməli?

Mühərrik yağlarını təsnifləşdirən dörd daha çox yayılan “təşkilat” mövcuddur: API, АСЕА (ССМС), ILSAC və QOST. API (American Petroleum Institute – Amerikan Neft institutu) yağ təsnifatında iki kateqoriya yağ mövcuddur: «S» (service) və «С» (commercial). Benzin mühərrikləri üçün “S” kateqoriyalı mühərrik yağları, dizel mühərrikləri üçün “C” kateqoriyalı yağlar. Etiketdə qeydlərdə hər zaman iki hərfdən ibarət qeydiyyat görmək olar: ilk hərif “S” və ya “C” , ikincisi isə latın əlifbasının mühərrik yağının sinfini göstərir( əlifbanın başlanğıcından nə qədər uzaq olsa yağın keyfiyyəti o qədər yüksəkdir). Hal hazırki halda  API benzin mühərrikləri üçün növbəti qüvvədə olan sinfləri mövcuddur: SG (1989), SH (1993), SJ (1996), SL (2001), SM (2004), SN(2010). Minik avtomobillərinin, mikroavtobusların həmçinin kommersiya nəqliyyatının dizel mühərrikləri üçün : CF-4 (1990), CG-4 (1995), CH-4 (1998), CI-4 и CI-4+ (2002), CJ-4 (2010). Mötərizədə bu və ya digər spesifikasıyanın qüvvəyə minmə ili göstərilir.

1996-cı ildə yaranan  ACEA (Аvropa avtomobil istehsalçıları assosiyasiyası), yağ təsnifatı, mühərrik yağlarının istifadə olunduğu sahələri daha dəqiq xarakterizə edir və onların istismar xüsusiyyətlərinə daha çox diqqət ayırır.  Yağlar hərf  (benzin mühərrikləri üçün – A, dizel üçün –B və E) və rəqəmlə (nə qədər böyük olsa yağın xüsusiyyəti o qədər yaxşıdır) işarələnir. Defis ilə təsdiq olunma və ya spesifika siyasının dəyişilmə ili göstərilir. Aşağıda göstərilən keyfiyyət sinifləri öz xarakteristikalarının yaxşılaşma dərəcəsinə görə sadalanır: Minik avtomobilləri, mikroavtobuslar, arabaların benzin mühərrikləri üçün: А1-96, А2-96, А3-96, А4-98, А5-2002.  Minik avtomobilləri, mikroavtobuslar, furqonların dizel mühərrikləri üçün: B1-96; B2-96; B3-96, B4-98, В5-2002. ( E hərfi ilə işarələnən yağları nəzərdən keçirmirik çünki yük nəqliyyatları üçün nəzərdə tutulur). 2004 cü ildən başlayaraq ACEA da son nəsil istehsalı olan həmbenzin həm də dizel mühərriklərinə uyğun gələn yeni yağ sinifi yaranmışdır C (C-1, C-2, C-3, C-4). C sinfi olan yağlar – az hislidir(az həcimdə sulfat külü , kükürd və fosfor) və küllənməyə qarşı çox həssas olan  işlənmiş qazların neytralizə edilməsi üçün ən yeni sistemlərlə uyğunlaşır.

Yağların  ILSAC (International Lubricants Standardization Approval Committee) təsnifatlanması. 1993-cü ildə yaranmış ААМА (Amerika avtomobil astehsalçılar asossiasiyası) и JAMA (Yaponiya avtomobil istehsalçılar assosiasiyası) asossiasiyaları tərəfindən minik avtomobilllərinin benzin mühərrikləri üçün yaradılmış “Sürtgü materiallarının Beynəlxalq standartlaşma və təsdiqlənməsi komitəsi”. Əsasən də API keyfiyyət dərəcəsi tələblərinin dəqiqləşməsidir. Onların işlənməsinə yanaşma Amerika klassifikasiyasına müvafiqdir lakin daha yeni keyfiyyət sinifləri və sərt tələbləri mövcuddur. Mühərrik yağlarının bu spesifikasiyalı tələblərinə Siz 1990-cı illərdən başlayaraq istehsal olunan avtomobillərin istifadə təlimatlarında rast gələ bilərsiniz. Unutmayın həddən artıq “yaxşı” yağ olmur. Nə qədər ki, yağ keyfiyyətlidir və uyğun olaraq kvalifikassiyası yüksəkdir, o qədər də o hətta ən “köhnə” və işlənmiş mühərrikləri qoruyur.

QOST– MDB dövlətlərarsı standartı. Mühərrik yağları qatılığ və istismar xüsusiyyətlərinə görə təsnif olunur. Yağlar siniflərə (qatılığına görə) və qruplara (istismar xüsusiyyətlərinin səviyyəsinə və təyinatına görə) bölünürlər.

API qatılığı: bu göstərici nəyi müəyyən edir?

APİ yə uyğun qatılığ qablaşdırmada olan məhsulun çəkisini müəyyən etməyə kömək edir: API sıxlığ vahidi = (141.5 / nisbətən sıxlığı 15,6 oС) – 131.5.

Yağın keyfiyyətini aşağıdakı göstəricilərə görə necə müəyyən etmək olar:qatılıq indeksi; alışma temperaturu; soyuma temperaturu; sulfat külü həcmi%; qələvi miqdarı; fosfor, kütləvi qismi % ; sink, kütləvi qismi %. 

Qatılaşma indeksi – yağın temperaturundan asılı olaraq qatılıq xarakterlərinin stabilliyini müəyyən edən hesablanma parametridir. Nə qədər qatılıq indeksi yüksək olsa – sərt temperaturda yağ  o qədər rahat axır , və bir o qədər də mühərrikin 95-100C işlək temperaturunda yağ təbəqəsi o qədər stabildir (qatılığın daha yüksək göstəricisi) .

Alışma temperaturu yağın hansı temperaturda özlüyündən alışdığını göstərir. Dolayısı yolla işlək temperaturda yağın  tullantısını xarakterizə edir. Alışmanın temperaturunun yüksək olduğu qədər yağın buxarlanması və tüstülənməsi az olur. Soyuma temperaturu yağın hansı temperaturda yağın axmasının dayandığını göstərir. Adətən bu temperatur qatılaşma temperaturu olan 5C dən fərqlənir. Sulfat külü çəkisi%- müasir yağlar üçün göstəricidir. Sulfat külü katalizatorları doldurur. API SM və xüsusilə SN kateqoriyalı yağlar üçün bu göstərici 1,0 dan aşağı olmalıdır. Qələvi miqdarı yanacaqda və yağda olan kükürdə görə mühərrikdə  yaranması qaçılmaz olan turşu mühitini neytralizə edə bilmə qabiliyyətinin göstəricisidir. Yüksək qələvi miqdarı yaxşıdır. Lakin müasir yağlarda küllənmə məhdud olduğu üçün qələvi miqdarı 6-8 öv ni keçmir. Fosfor və sink kütləvi qismi% – katalizatorlar üçün zərərli olan maddələrin miqdarını göstərir. Bu göstəricilər nə qədər az olsa o qədər yaxşıdır.

Bu komponentlər adətən əlavələr kompleksinə daxildir, buna görə də aşağı göstəricilərdə yağın qoruyucu xüsusiyyətləri azala bilər. Kompromiss tələb olunur.