Haqqımızda

“XAZAR OIL” şirkəti  avtomobil, yük maşınları, sənaye, gəmiçilik  üçün yüksək keyfiyyətli mühərrik yağları və sürtkü materialları istehsalı ilə məşğul olan “LUKOIL” şirkətinin rəsmi dileridir.

“LUKOIL”, 1991-cü ildə Rusiya Federasiyasının qərarı ilə 3 şirkətin (Langepas, Uray, Koqalım) birləşməsindən yaradılmışdır. Şirkətin  adı məhz həmin şirkətlərin ilk hərflərindən götürülmüşdür. Nəhəng sənaye maliyyə kompleksinə malik olan “LUKOIL” şirkəti Rusiya, MDB və dünyanın bir çox ölkələrində neft məhsullarının hasilatı, emalı, satışı və kəşfiyyatı ilə məşğul olur.

“LUKOIL” dünyanın ən böyük neft-qaz emal edən şirkətlərindən biridir. Dünyanın 4 qitəsində, 100-dən artıq ölkəsində və Rusiyanın 60-dan artıq regionunda fəaliyyət göstərir.

Şirkətin fəaliyyət növlərinə neft-qaz emalı, neft məhsullarının istehsalı, elektro enerji, Neft mədənləri və yanacaq doldurma məntəqələri daxildir.

Şirkət, 1993-cü ildən Azərbaycanda fəaliyyət göstərir.