Tam sintetik LUKOİL GENESİS mühərrik yağlarının cərgəsi, Yapon və Koreya istehsalı müasir minik avtomobilləri üçün xüsusi olaraq 2 premial – LUKOİL GENESIS GLIDETECH 0W-20 və LUKOİL GENESIS ARMORTECH A3/B4 5W-30 məhsulu ilə tamamlandı. Qeyd olunan məhsullar şirkətin Perm şəhərində yerləşən zavodunda istehsal ediləcək.
LUKOİL GENESIS GLIDETECH 0W-20 – rəsmi olaraq beynəlxalq APİ SN-RC və İLSAC GF-5 klasifikasiyalarına malikdir. Aşağı özüllüyə malik olan mühərrik yağı xüsusi olaraq müasir yüksək gücləndirilmiş və turbo üfürücü ilə təmin olunmuş Toyota, Honda, Mitsubishi, Kia, Hyundai və başqa Yapon və Koreya istehsalı olan mühərriklərin spesifikasına uyğun istehsal olunur. Xüsusi formulu, avtomobili şəhər istismarı zamanı yüksək antioksidləşdirirci və köhnəlməyə qarşı xüsusiyyətləri, ekstra yanacağa qənaəti və qış dövründə mühərrikin asan işə salınmasını təmin edir.
LUKOİL GENESIS ARMORTECH A3/B4 5W-30 – 5W-30 özüllüklü mühərrik yağı qeyd edilən KİA, Hyundai və başqa dizel və benzinlə işləyən, ACEA A3/B4, A3/B3 və API SL/CF spesifikasiyalarına uyğun olan avtomobil mühərrikləri üçün nəzərdə tutulmuşdur. Stabil özüllük xüsusiyyətlərini, xüsusi olaraq HTHS göstəricisi (yüksək yerindən tərpətmə sürəti zamanı yüksək temperaturlu özüllük), avtomobilin intensiv istismarı şəraitində yanacağa qənaət və köhnəlməyə qarşı daha yaxşı xüsusiyyətlərə malikdir.
Arayış:
GENESİS mühərrik yağları Rusiyanın pərakəndə bazarında 2015-ci ildən təmsil olunur. Hal-hazırda LUKOİL GENESİS cərgəsini dünya avtomobil istehsalçılarının mühərriklərinin konstruktiv özəlliklərini nəzərə alan 10 məhsul təşkil edir. Həmçinin 2012-ci ildən bəri LUKOİL GENESİS yağları Rusiya və Avropa ölkələrində yerləşən xarici avtomobil konsernlərinin istehsal etdiyi avtomobillərə ilkin və servis yağ dəyişmələri üçün tətbiq edilir.