Mühərrik yağını hədiyyə qazan!

LUKOIL mühərrik yağlarının rəsmi dileri “XAZAR OİL MMC” Rusiyada keçirilən Dünya çempionatında, oyunun hesabını düz tapana hədiyyə mühərrik yağı aksiyasına start verdi.

Belə ki, iştirakçılar oyundan öncə paylaşılan posterin şərh bölümündə komandanın adını qeyd etməklə hesabı düzgün təxmin etməli və posteri dostları ilə şəxsi açıq profilində (timline-lövhə) paylaşmalıdırlar. 0-0, 2-1 kimi komandanın adı qeyd olunmadan yazılan hesablar qeydə alınmayacaqdır.

Sonradan dəyişdirilmiş və bağlı profildə paylaşılmış postlarda, iştirakçıların cavabları qeydə alınmayacaqdır. Təxmin olunan hesablar oyun bitiminə ən azı 1 saat qalmış şərhdə qeyd edilməlidir. Daha az vaxtda qeyd edilmiş hesablar qeydə alınmayacaqdır.

Hesabı ilk düzgün tapan iştirakçıya, avtomobilinə uyğun 5l həcmində GENENSIS serialı Premium mühərrik yağı hədiyyə ediləcəkdir. Məlumat üçün bildirək ki, LUKOIL GENESIS serialı Premium mühərrik yağları ən son texnologiyalarla hazırlanıb, dünyanın ən nəhəng avtomobil konsernlərinin təsdiqini almışdır.

LUKOIL şirkəti Neft Qaz sənayesində dünyanın ən böyük şirkətlərindən biridir. Rusiyanın energetika sahəsində əsas mövqe sahibidir.

Şirkət, 4 Qitə, 30 dan çox ölkə, Rusiyanın isə 60 dan çox regionunda neft və qaz yataqlarının kəşfi və hasilatını, həyata keçirir. LUKOIL, həmçinin neft məshullarının və elektro enerji istehsalı ilə də məşğuldur.

27 illlik tarixi ərzində şirkət, inkişaf edərək, energetika sahəsində dünyanın ən böyük şirkətlərindən biri olmuşdur.

LUKOIL, böyük innovasiya potensiyalına malikdir və sənaye obyektlərinin ekoloji təhlükəsizliyini təmin edən lider şirkətlərdən biridir.