Martın 31 və Aprelin 1-i “Xazar Oil MMC” satış partnoyrları ilə görüş keçirib. Görüş 31 Mart soyqırım gününə təsadüf etdiyi üçün, şirkətin Direktoru Bəxtiyar Abdullayev, baş vermiş hadisələri bir daha xatırladaraq, 31 Mart soyqırım qurbanları bir dəqiqəlik sükutla yad edilmişdir.
Bəxtiyar Abdullayev, təşrif buyurmuş satış partnyorlarını salamlayaraq, şirkət əməkdaşalarını təqdim edib. Qarşıdakı məqsəd və planlardan söz açan rəhbər, tezliklə satış şəbəkələrini genişləndiriləcəyi barədə məlumat verib.
Daha sonra “Performance Center” şirkətinin texniki məsləhətçisi Elçin Abbasov, səhnəyə dəvət olunub. Təcrübəli mütəxəssis mühərrik yağları və mühərrik yağlarının növləri haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. Sual-cavab əsasında keçən təqdimatda, dəyərli təcrübələr bölüşülüb.
Süfrə arxasında təşkil edilən görüşə dəvət olunan partnyorlara, hədiyyələr təqdim edilmişdir.
Məlumat üçün bildiririk ki, “LUKOİL”şirkəti Neft Qaz sənayesində dünyanın ən böyük şirkətlərindən biridir. Rusiyanın energetika sahəsində əsas mövqe sahibidir.
Şirkət, 4 Qitə, 30 dan çox ölkə, Rusiyanın isə 60 dan çox regionunda neft və qaz yataqlarının kəşfi və hasilatını, həyata keçirir. Lukoil, həmçinin neft məshullarının və elektro enerji istehsalı ilə də məşğuldur.
27 illlik tarixi ərzində şirkət, inkişaf edərək, energetika sahəsində dünyanın ən böyük şirkətlərindən biri olmuşdur.
Lukoil, böyük innovasiya potensiyalına malikdir və sənaye obyektlərinin ekoloji təhlükəsizliyini təmin edən lider şirkətlərdən biridir.